Məmmədağa Hüseynovun yubileyi qeyd edilib
05 mart 2014 23:48 (UTC +04:00)

Məmmədağa Hüseynovun yubileyi qeyd edilib

Dövlət Film Fondunda Azərbaycanın xalq rəssamı, bir neçə məşhur filmlərin quruluşçu rəssamı olan Məmmədağa Hüseynovun 85 illik yubiley tədbiri keçirilib. Dövlət Film Fondundan APA-ya verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə təşkil olunub.

 

Tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdirilib, quruluşçu rəssam kimi çalışdığı “Nəsimi”, “Sehrli xalat”, “Şərikli çörək” və s. filmlərdən fraqmentlər göstərilib, sənət dostlarının xatirələri dinlənilib. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 449
avatar

Oxşar yazılar