Mədəni irs və əqli mülkiyyət nümunələri mərkəzləşmiş şəkildə rəqəmləşdiriləcək
30 dekabr 2012 11:51 (UTC +04:00)

Mədəni irs və əqli mülkiyyət nümunələri mərkəzləşmiş şəkildə rəqəmləşdiriləcək

Folklor nümunələrinin və ənənəvi biliklərin UNESCO -nun xüsusi qorunma siyahısına daxil edilməsi üçün əlavə tədbirlər həyata keçiriləcək

 

Azərbaycanda qeyri-maddi mədəni irsin tərkib hissələrinin qorunub saxlanılması, bu sahədə qanunsuz mənimsənilmələrin və əsassız itkilərin qarşısının alınması, folklor nümunələrinin və ənənəvi biliklərin UNESCO -nun xüsusi qorunma siyahısına daxil edilməsi üçün əlavə tədbirlər həyata keçiriləcək. Lent.az-ın verdiyi məlumata görə, bu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təsdiq etdiyi  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapıb.

 

Konsepsiyada qeyd edilib ki, milli qanunvericiliyin kompleks şəkildə təkmilləşdirilməsi, müəlliflik hüququnun və əlaqəli hüquqların qorunması, beynəlxalq normativ hüquqi bazanın tətbiqi və inkişafında iştirak təmin ediləcək. Azərbaycana məxsus mədəni sərvətlərin, o cümlədən muzeylərdə, kitabxanalarda və arxivlərdə qorunub-saxlanılan və ictimai varidat sayılan mədəni irs və digər əqli mülkiyyət nümunələrinin mərkəzləşmiş şəkildə rəqəmləşdirilməsi, mühafizəsi, hüquqi qorunması və müvafiq beynəlxalq təşkilatlarla, eyni zamanda xarici dövlətlərin aidiyyəti qurumları ilə mübadiləsi təmin ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 870

Oxşar yazılar

Kefinizi açacaq 5  məzəli film   -  VİDEO

Kefinizi açacaq 5 məzəli film - VİDEO

17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

17 iyul 2025 , 16:25
Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51