İstanbulda Əlibəy Hüseynzadənin qızının sərgisi açılıb
30 noyabr 2014 01:05 (UTC +04:00)

İstanbulda Əlibəy Hüseynzadənin qızının sərgisi açılıb

İstanbulda rəssam Feyzavər Alpsar Turanın “Evrende şahmeran” adlı fərdi sərgisi açılıb.

 

APA-nın xəbərinə görə, sərgidə rəssamın son 2 ildə dəri üzərində yaratdığı əsərləri nümayiş etidirilir.

 

Feyzavər Alpsar Turan sərgiyə diqqətə görə təşəkkürünü bildirib. O, atası Əlibəy Hüseynzadənin irsinə Azərbaycanın sahib çıxdığını da vurğulayıb və buna görə minnətdarlığını bildirib.

 

Sərgidə iştirak edən Ağaoğlu nəslinin tanınmış nümayəndələrindən şair Yeşim Ağaoğlu isə deyib ki, atası Azərbaycandan İstanbula gələndən sonra Turan ailəsi ilə yaxın əlaqəsi olub: "İllərdən bəri mən də Feyzavər xanımla yaxın münasibəti davam etdirirəm. Onun hər sərgisinin açılışına gəlirəm, sənətsevərlərin onun əsərlərinə göstərdiyi diqqət, təbii ki, məni də çox məmnun edir".

 

Qeyd edək ki, Azərbaycanın tanınmış şəxsiyyətlərindən olan Əlibəy Hüseynzadənin kiçik qızı Feyzavər Alpsar  Memar Sinan adına incəsənət akademiyasının məzunu olub, o, hazırda yaşadığı Türkiyənin məşhur rəssamlarından biridir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 608
avatar

Oxşar yazılar