I Avropa Oyunları ilə bağlı mədəniyyət müəssisələrinə <span style="color:red;">TAPŞIRIQ
02 oktyabr 2014 12:18 (UTC +04:00)

I Avropa Oyunları ilə bağlı mədəniyyət müəssisələrinə TAPŞIRIQ

“2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı teatr-konsert müəssisələri də öz repertuarlarına ciddi diqqət yetirməlidir”. Lent.az-ın məlumatına görə, bunu Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında nazirliyin tabeliyində olan teatr-konsert müəssisələri rəhbərlərinin iştirakı ilə keçirilən toplantıda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib.

Nazir müavini vurğulayıb ki, "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramından irəli gələn məsələlərin həlli, o cümlədən paytaxt və regionlarda teatr binalarının təmiri və yenidən qurulması, bu sahədə həyata keçirilən layihələr, aparılan islahatlar teatr sənətimizin inkişafına mühüm zəmin yaradıb. “Teatr sistemində kadr islahatı müsbət nəticələr verməkdədir. 28 adda müxtəlif səpkili kitab, o cümlədən Azərbaycan teatr antologiyası çapdan çıxıb, “Teatr ensiklopediyası” isə böyük ehtimalla gələn il Milli Teatr Günü ərəfəsində təqdim ediləcək”.

Teatrların reklam işinin, mətbuatla əlaqələrinin zəif olduğunu deyən Ə. Vəliyev telekanallarla əməkdaşlığın vacibliyini qeyd edib. Konsert müəssisələrində konsert proqramlarının sayının artırılması, musiqi kollektivlərinin dinamik iş rejiminə nail olunması üçün müvafiq tapşırıqlar verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 563

Oxşar yazılar