Heydər Əliyev Fondu Almaniyada Azərbaycan mədəniyyətini təqdim edəcək
28 oktyabr 2014 01:12 (UTC +04:00)

Heydər Əliyev Fondu Almaniyada Azərbaycan mədəniyyətini təqdim edəcək

0

Fonddan Lent.az-a daxil olan məlumata görə, oktyabrın 28-də Almaniyanın Hannover şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti günü keçiriləcək. Tədbir çərçivəsində izləyicilər “Azərbaycanda alman izləri” fotosərgisi və “Almaniya bir rəssamın gözü ilə” müsabiqəsinin qaliblərinin rəsm əsərlərindən ibarət ekspozisiya ilə tanış ola biləcəklər.

 

Daha sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaq.

 

Həmin gün qonaqlara Fondun yeni nəşri olan “Azərbaycanda alman izləri” kitabı da təqdim olunacaq. Almaniyalı professor, doktor Eva Maria Auxun müəllifi olduğu kitabda almanların Azərbaycanda məskunlaşması tarixi baxımdan şərh edilib, elmi faktlar, xəritələr, fotolar öz əksini tapıb.

 

Noyabrın 4-də isə Düsseldorf şəhərində Azərbaycan mədəniyyəti günləri başlayacaq. Burda da təqdimatlar təşkil olunaсaq, Elçin Şirinovun caz qrupunun konserti olacaq.

 

Fondun məlumatında qeyd olunub ki, Almaniya mətbuatı Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək tədbirlərdən yazır. Ölkə mediasında yayılan materiallarda mədəniyyət günləri barədə geniş məlumat verilir. Qeyd edilir ki, Dövlət Simfonik Orkestri Hannover Konqres Mərkəzində Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərini ifa edəcək. Eyni zamanda bu tədbirlər Azərbaycan incəsənəti, rəssamları ilə yaxından tanışlıq imkanı yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 739

Oxşar yazılar