Habil Əliyev xəstəxanaya yerləşdirildi
16 avqust 2015 01:56 (UTC +04:00)

Habil Əliyev xəstəxanaya yerləşdirildi

Azərbaycanın Xalq artisti Habil Əliyevin səhhətində problem yaranıb.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, dünən kaman ustasının vəziyyəti qəfildən pisləşib. O, təcili yardım maşını ilə dərhal Mərkəzi Klinik xəstəxanaya aparılıb. Habil Əliyev müyinədən dərhal sonra vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

 

Xatırladaq ki, bu il mayın 28-də Xalq artisti 88 yaşını qeyd edib. Habil Əliyev bu münasibətlə evində qonaq olan ANS əməkdaşına səhhətində heç bir problem olmadığını, xalqından ayrılacağı barədə düşüncənin ona əziyyət verdiyini bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 229

Oxşar yazılar