Gürcüstanda Tbilisoba bayramı qeyd olunur
17 oktyabr 2015 22:40 (UTC +04:00)

Gürcüstanda Tbilisoba bayramı qeyd olunur

Oktyabrın 17-də Gürcüstan paytaxtında Tbilisoba (Tiflis günü) bayramı başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, əsası 1979-cu ilin oktyabr ayında qoyulan Tbilisoba bayramı zəngin proqramla iki gün gecə saat 24.00-dək davam edəcək. Tədbirə  Tiflis şəhərinin sakinləri, turistlər, gənclər və iş adamları da qatılıb. Bu gün səhər saatlarından başlayaraq Gürcüstan Mədəniyyət Nazirliyi və Tiflis şəhər meriyasının təşəbbüsü və təşkilatçılığı ilə Gürcüstan paytaxtının mərkəzində, Rike parkında və Meydan məhəlləsində və şəhərin digər yerlərində müxtəlif çeşidli yarmarkalar, kənd təsərrüfatı mallarının satışı təşkil edilib, folklor, kukla teatrı, etno-caz və milli musiqi ansambllarının nümayiş etdirdikləri konsertlər, uşaqlar və gənclər üçün müxtəlif tədbirlər başlayıb.

 

Bayramın keçirilməsinə şəhər büdcəsindən 997 min lari vəsait ayrılıb.

 

Bayram çərçivəsində ilk dəfə olaraq kulinariya və çay festivalları təşkil edilib. Tədbirdə müxtəlif şirkətlər çadırlarda öz mallarını nümayiş etdiriblər. Parka gələn qonaqlar və turistlər Gürcüstan və digər ölkələrin milli yeməklərindən dadıblar. Parkın mərkəzində "Şərab şəhərciyi" təşkil edilib.

 

Tədbirdə Tiflisdə fəaliyyət göstərən azərbaycanlıların üzv olduğu "Ceyran" folklor rəqs ansamblının gənc rəqs kollektivinin rəqqasları tərəfindən gürcü və Azərbaycan rəqsləri nümayiş etdirilib, həmçinin Azərbaycan xalq mahnıları  və "Arşın mal alan" operettasından ariyalar səsləndirilib. Tbilisobada  aşıq Nargilə Mehdiyeva və gənc tar ifaçıları da bayram tədbirinə qoşulub. Tədbirdə Gürcüstan Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə fətir, müxtəlif şirniyyatlar, Azərbaycan xalçası, kilim, kalağayı, səhəng, samovar və müxtəlif folklor nümunələrimizin nümayişi təşkil edilib, bayram iştirakçılarına armudu stəkanda Azərbaycan çayı təqdim edilib.

 

Bu gün Gürcüstanda həmçinin Veteranlar Günü də qeyd edilib. Bu əlamətdar gün münasibətilə Tbilisoba bayramında veteranlardan ibarət "Sülh" ansamblının konserti baş tutub və "Veteran guşəsi" yaradılıb.

 

Bu il baş tutan Tbilisoba bayramı ətraf mühitin mühafizəsinə və ekoloji təmizliyə həsr olunub və bayram çərçivəsində ekoloji tədbirlər və paytaxtın yaşıllaşdırılması nəzərdə tutulub. Tədbirin ikinci günü Müctəhid parkında "Payız və ətraf mühit" yürüşü təşkil olunacaq və iştirakçılar axşam Qorqasali meydanındakı tədbirlərə qatılacaqlar.

 

Tbilisoba bayramı oktyabrın 18-də müxtəlif əyləncəli tədbirlər və qala konsertlə başa çatacaq.

 

Xatırladaq  ki, Tbilisoba bayramında Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu "Tiflis şəhərinin Fəxri Vətəndaşı" adına layiq görülüb və ona şəhər meri tərəfindən Tiflisin rəmzi açarı təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 336

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28