Gülrux Əlibəyli Yasamal qəbiristanlığında dəfn ediləcək
16 fevral 2016 10:51 (UTC +04:00)

Gülrux Əlibəyli Yasamal qəbiristanlığında dəfn ediləcək

0

Tənqidçi və publisist Gülrux Əlibəyli bu gün Yasamal qəbiristanlığında dəfn ediləcək. Azərbaycan Yazçılar Birliyi sədrinin müşaviri Rauf Aslanovun APA-ya verdiyi məlumata görə, G. Əlibəyli ilə vida mərasimi evində baş tutacaq.

 

Qeyd edək ki, Gülrux Əlibəyli fevralın 15-də Bakıda dünyasını dəyişib.

 

G. Əlibəyli 1964-1965-ci illərdə mədəniyyət nazirinin müavini olub və nazirin səlahiyyətlərini icra edib. G. Əlibəyli “Axtarışlar, tapıntılar”, “Daim yolda”, “Düşünən dünyamız”, “ Cırpınan Dünyamız”, “Dəyiş Dünyamız”, “Dağılan Dünyamız” kimi kitabların müəllifidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 506

Oxşar yazılar