Göyçayda qədim daş qəbir abidəsi aşkarlanıb
18 dekabr 2012 22:45 (UTC +04:00)

Göyçayda qədim daş qəbir abidəsi aşkarlanıb

Göyçay rayonunun Yekəxana kəndi ərazisində qədim dövrə aid daş qəbir abidəsi aşkar edilib.

APA-nın məlumatına görə yolun təmiri məqsədilə kəndin yuxarı hissəsindəki dağın yamacında torpaq qazıntısı aparılarkən oradan qeyri-adi daş qəbrin çıxması kənd camaatının marağına səbəb olub. Göyçay rayon mədəniyyət və turizm şöbəsinin, tarix diyarşünaslıq muzeyinin əməkdaşları, eləcə də arxeoloq və tarixçilər əraziyə baxış keçiriblər.

Mütəxəssislərin fikrincə bu qəbir abidəsi təxminən bizim eranın III-V əsrlərinə aid sarkofaq tipli qəbir abidəsidir. Ölçülərinə görə nəhəng olan bu qəbir abidəsi kişiyə aid qəbirdir. Bu qəbir qədimliyinə və quruluşuna görə Azərbaycan ərazisində birinci tapıntı sayıla bilər. Qəbrin uzunluğu 2 m 20 sm, eni 80 sm, hündürlüyü 75 sm-dir. Qəbirin üstü açıq olduğu üçün sümüklər eroziyaya uğrayıb. Bu səbəbdən həmin ərazidə arxeoloji tədqiqatların aparılmasına ehtiyac duyulur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1711

Oxşar yazılar

Kefinizi açacaq 5  məzəli film   -  VİDEO

Kefinizi açacaq 5 məzəli film - VİDEO

17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

17 iyul 2025 , 16:25
Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51