Fikrət Qocanın əməliyyat edilməsinə ehtiyac qalmadı
16 fevral 2015 11:25 (UTC +04:00)

Fikrət Qocanın əməliyyat edilməsinə ehtiyac qalmadı

0
Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qocanın səhhəti yaxşılaşıb.

 

Şairin qardaşı, tərcüməçi Hamlet Qocanın APA-ya verdiyi məlumata görə, F. Qoca bu gün reanimasiya şöbəsindən palataya köçürüləcək: “Əməliyyata ehtiyac olmayıb, ürək damarlarını təmizləyiblər, indi özünü yaxşı hiss edir. Bu gün palataya köçürüləcək, yəqin palatada iki gündən artıq saxlamazlar. Ən gec üç günə biz də yolunu gözləyirik”.

 

Qeyd edək ki, F.Qoca fevralın 10-da infarkt keçirib. Onu müalicə olunmaq İstanbula aparıblar.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 395

Oxşar yazılar