Fərid Məmmədov Azercell-in qonağı oldu
22 may 2013 16:26 (UTC +04:00)

Fərid Məmmədov Azercell-in qonağı oldu

Azərbaycan bir daha adını “Eurovision-2013” Mahnı Müsabiqəsinə həkk etdi. Ölkəmizin təmsilçisi Fərid Məmmədov İsveçdə keçirilən yarışmada 2-ci yeri tutdu. Bu gün Fərid Məmmədov Azercell-in qonağı olub.

 

“Azercell Telekom” MMC-nin ofisində baş tutan görüşdə Fərid Məmmədov və Azərbaycanın “Eurovision” üzrə əlaqələndiricisi Zəhra Bədəlbəyli iştirak ediblər. Azercell-in prezidenti Kiril Qaburiç və şirkətin əməkdaşları Azərbaycanın adını, musiqisini dünyaya tanıtdıran Fərid Məmmədovu bir daha təbrik ediblər, ona gələcəkdə daha böyük uğurlar arzulayıblar. Səmimi söhbət əsnasında “Eurovision” təmsilçiləri Azercell nümayəndələrini maraqlandıran sualları da cavablandırıblar. Görüşün sonunda Azercell tərəfindən Fərid Məmmədova dəyərli hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.

 

Xatırladaq ki, “Azercell Telekom” MMC ötən il Bakıda keçirilən “Eurovision” yarışmasnın Baş sponsoru qismində çıxış edirdi. Bu il isə müsabiqə Azercell-in də aid olduğu TeliaSonera telekommunikasiya şirkətləri qrupunun dəstəyi ilə baş tutub. Azercell yarışma ərəfəsində müxtəlif əyləncəli layihələr icra edib, özünün 4 abunəçisini Malmöyə yarışmanın final mərhələsini izləməyə göndərib.

 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1440

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21