Fevralın 28-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Sarayında caz musiqisinin əfsanəsi, amerikalı caz müğənnisi və dirijoru, on dəfə “Qremmi” mükafatı laureatı Bobby McFerrinin və qrupunun konserti olacaq.
Lent.az-ın “AzərTac”-a istinadən məlumatına görə, konsertin biletləri artıq satışa çıxarılıb və şəhərin kassalarından əldə etmək mümkündür.
Musiqiçinin birinci albomu 1982-ci ildə çıxıb. 1984-cü ildə isə heç bir musiqi aləti olmadan yazılan “The Voice” adlı ilk caz albomu işıq üzü görüb. Bobby McFerrin 1988-ci ildə ifa etdiyi və iki nominasiya üzrə “Qremmi” mükafatına layiq görülmüş “Don't Worry, Be Happy” mahnısı ilə dünya şöhrəti qazanıb.