Braziliyalılar “Sən gəlməz oldun” dedi
18 iyul 2013 12:26 (UTC +04:00)

Braziliyalılar “Sən gəlməz oldun” dedi

Braziliyalı musiqiçi Bernardo Bittenkur "Karvansaray" adlı musiqi qrupu yaradıb. Lent.az-ın Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qrupun Braziliyada konserti olub. 

 

"Karvansaray" qrupunun rəhbəri Azərbaycanın musiqi ənənələri barədə söz açaraq ölkəmizdə etnocazın inkişaf etdiyini xüsusi vurğulayıb. Onun sözlərinə əsasən, qrup Braziliya və Azərbaycan musiqilərini sintez edib.

 

Konsertdə qrup "Bayatı-Şiraz" muğamının və "Sən gəlməz oldun" mahnısının Braziliya musiqisi ilə sintez edilmiş variantını ifa edib və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. 


Qeyd edək ki, B. Bittenkur Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkəmizin Braziliyadakı səfirliyi tərəfindən keçirilən "Mən Azərbaycan haqqında nə bilirəm" inşa musiqisinin qalibi olub və respublikamıza səfər etmək imkanı qazanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 961
avatar

Oxşar yazılar