Braziliyada “Qanlı Yanvar” filminin təqdimatı oldu
27 oktyabr 2015 03:29 (UTC +04:00)

Braziliyada “Qanlı Yanvar” filminin təqdimatı oldu

Oktyabrın 23-də San Paulo şəhərinə işçi səfəri zamanı Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov 39-cu “Mostra”- San Paulo Beynəlxalq kinofestivalı çərçivəsində rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” filminin təqdimatında iştirak edib.

 

Azərbaycanın Braziliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, filmin nümayişindən öncə yerli tamaşaçılar qarşısında çıxış edən səfir E.Sultanov filmin Braziliyada və ümumiyyətlə, Latın Amerikasında ilk dəfə təqdim olunduğunu qeyd edib və 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verib. O, Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizədən danışaraq 20 Yanvar faciəsi qurbanlarının Azərbaycan xalqı tərəfindən hər il yad edildiyini qeyd edib.

 

Səfir E.Sultanov vurğulayıb ki, faciədən dərhal sonra 1990-cı il 21 yanvar tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hərbi müdaxiləyə kəskin etirazını bildirib, faciə törədənləri ittiham edib və qoşunların dərhal Bakıdan çıxarılmasını tələb edib. 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixində qəhrəmanlıq səhifəsi olduğunu qeyd edən səfir bu filmin Azərbaycan xalqının müstəqilliyi uğrunda apardığı mübarizəsini braziliyalı tamaşaçıların diqqətinə çatdırmağa xidmət edəcəyini bildirib. Festival çərçivəsində film diplomla təltif edilib və festivalın təşkilatçıları diplomu ANS şirkətinin nümayəndəsi Kamran Qasımova təqdim edib.

 

Qeyd edək ki, “Qanlı Yanvar “ filmi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 298

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28