Bəstəkar Sevinc Tofiqqızı və millət vəkili Qənirə Paşayeva yenidən bir araya gəliblər. Bu barədə Lent. az-a bəstəkarın özü bildirib. Onun sözlərinə görə, millət vəkili Qənirə Paşayeva ilə növbəti layihəyə imza atıb: “ Qənirə xanımla iş birliyim davam edir. Onun sözlərinə aid olan daha bir musiqi bəstələdim. Bəstənin adı “Aradım” adlanır. Mahnını müğənni Şəbnəm ifa edib. Mahnıya qulaq asanlar çox bəyəniblər. Bu, mənim Qənirə xanımın şerinə bəstələdiyim altıncı mahnıdır. Mahnıda əziyyəti keçənlərə təşəkkürümü bildirirəm. Onu da deyim ki, bundan sonra mənim bir çox yeni sürpriz layihələrim olacaq”.