Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin nəşriyyat sektorunun müdiri, tanınmış şair Çingiz Əlioğlunu Fransisk Skorina medalı ilə mükafatlandırıb. Lent.az-ın məlumatına görə, Belarus dövlət başçısının mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Aleksandr Lukaşenko fevralın 16-da müvafiq fərman imzalayıb.
Çingiz Əlioğlu Əliyev bu mükafata mədəni və humanitar əlaqələrin inkişafına, Belarus mədəniyyətinin və ədəbiyyatının təbliğinə, informasiya və mətbuat sahəsində beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfəsinə görə layiq görülüb.
Qeyd edək ki, Ç. Əlioğlu Azərbaycanın əməkdar incəsənət xadimidir. Xalq yazıçısı İlyas Əfəndiyevin bacısı oğludur.