<span style="color:red;">Azər Paşa Nemətov təkzib etdi:  <b>"Elə hadisə olmayıb"</b>
11 sentyabr 2015 18:17 (UTC +04:00)

Azər Paşa Nemətov təkzib etdi: "Elə hadisə olmayıb"

Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azər Paşa Nemətov mədəniyyət və turzim nazirinin müavini Ədalət Vəliyevin teatrın direktoru İsrafil İsrafilovu tənqid etməsinə dair yayılan xəbərlərə münasibət bildirib. Lent.az-ın məlumatına görə, baş rejissor senyabrın 8-də nazirliyin kollegiya iclasında iştirak etdiyini və nazir müavininin İ. Israfilovu tənqid etmədiyini açıqlayıb: “Mən heç kimi müdafiə etmək fikrində deyiləm. Lakin Ədalət müəllimin fikirləri mətbuatda düzgün getməyib. Mən də həmin iclasda idim. İclas iki saata yaxın davam etdi. Ədalət müəllim bütün teatrların rəhbərləri ilə görüşdü, işlərlə maraqlandı”.

Xatırladaq ki, sözügedən iclas Səməd Vurğun adına Rus Dram Teatrında baş tutub. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi iclasda respublikanın bütün regionlarının teatr direktorları, baş rejissorları iştirak edib.

AzNews.az saytı isə iclasda ən çox Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun tənqid olunduğunu qeyd edib. Xəbərdə bildirilib ki, mədəniyyət və turizm nazirinin birinci müavini Ədalət Vəliyev çıxışı zamanı İ.İsrafilovun əleyhinə kəskin ifadələr səsləndirib: "Gör teatrı nə günə qoymusan ki, orada xalq artistləri bir-birinə hücum çəkir və bu da respublika ilə bir olur. Biz səni 3 ay əvvəl çıxartmaq istədik, amma vaxt verdik ki, bəlkə düzələsən. Sən işi bacarmırsan".

Məlumata görə bildirək ki, kollegiya iclasında "Azdrama"nın direktorunun fəaliyyətinin qəbuledilməz olduğu deyilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 414

Oxşar yazılar

Arif Babayevin SON DURUMU

Arif Babayevin SON DURUMU

29 iyul 2025 , 11:01
Azərbaycanda xanəndə vəfat etdi

Azərbaycanda xanəndə vəfat etdi

29 iyul 2025 , 10:42
Xalq artistinin oğlu vəfat etdi

Xalq artistinin oğlu vəfat etdi

29 iyul 2025 , 09:14
Xalq artisti Arif Babayevin son vəziyyəti

Xalq artisti Arif Babayevin son vəziyyəti

28 iyul 2025 , 11:06
Arif Babayev

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır

27 iyul 2025 , 14:44
Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB

Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB

26 iyul 2025 , 14:38
Allahverdi Yolçuyevə iş tapıldı - ÖZÜ DANIŞDI

Allahverdi Yolçuyevə iş tapıldı - ÖZÜ DANIŞDI

26 iyul 2025 , 11:34
Qədim Romada xəyanət edən qadına  hansı cəza verilirdi? - Qan donduran FAKTLAR

Qədim Romada xəyanət edən qadına hansı cəza verilirdi? - Qan donduran FAKTLAR

25 iyul 2025 , 20:15