Bakıda beynəlxalq uşaq muğam festivalı keçirilir
21 oktyabr 2015 19:00 (UTC +04:00)

Bakıda beynəlxalq uşaq muğam festivalı keçirilir

0

Beynəlxalq Muğam Mərkəzində VII Beynəlxalq Uşaq Muğam Festivalı keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, musiqi yarışmasında 8 ölkənin (Azərbaycan, İran, İraq, Misir, Özbəkistan, Tacikistan, Qazaxıstan, Türkiyə) təmsilçiləri bir araya gəlib. 

 

Gənc muğam ifaçılarının çıxışları xalq artisti, professor Ağasəlim Abdullayevin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Fərqlənənlər üçün iki 3-cü yer, iki 2-ci yer, bir 1-ci yer və 1 baş mükafat (Qran-pri), habelə həvəsləndirici və xüsusi mükafatlar nəzərdə tutulub.

 

Qeyd edək ki, ənənəvi festival “Kainat” Gənclik Mərkəzi tərəfindən Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi, “PAŞA Bank”ın baş sponsorluğu ilə təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 685

Oxşar yazılar