Bakının “Gallery 1969” sərgi salonunda Azərbaycan, Türkiyə və Argentina rəssamlarının əsərlərindən ibarət “Fərqli baharlar” sərgisi keçiriləcək.
APA-nın məlumatına görə, aprelin 4-dən 9-dək keçiriləcək sərgidə impressionizm üslubunda 60-a yaxın əsər nümayiş olunacaq. Açılış mərasimində tanınmış ictimai xadimlər, rəssamlar, dövlət məmurları, səfirlər və diplomatik korpus nümayəndələri iştirak edəcəklər.
Sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq. Giriş sərbəstdir.