Azərbaycanlı yazıçının əsəri Təbrizdə səhnəyə qoyulacaq
14 yanvar 2015 17:36 (UTC +04:00)

Azərbaycanlı yazıçının əsəri Təbrizdə səhnəyə qoyulacaq

Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc yazıçı Səidə Haqverdiyevanın uşaqlar üçün qələmə aldığı “Toplan” adlı pyesi Cənubi Azərbaycanın tanınan “Mika” kukla-sənət qrupunun teatrında səhnəyə qoyulacaq. Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmovanın Lent.az-a verdiyi məlumata görə, tamaşa fevralın 9-dək Təbrizin 29 Bəhmən teatr salonu başda olmaqla bir sıra məkanlarında nümayiş olunacaq. Tamaşada teatrın əsas səhnə ustalarından Hesam Maqsudi, Cəlil Şahnazi, Fərhad Fərəhbaş, Mehdi Borhan və başqaları rol alacaq.

 

Tamaşanın il ərzində Bakıda da nümayişi nəzərdə tutulur.

 

 

Qeyd edək ki, “Mika” tamaşası qurucusu və rejissoru Əli Bernonun rəhbərliyi ilə bu günədək Azərbaycan, Rusiya, Türkiyə daxil olmaqla, bir sıra ölkələrin  beynəlxalq kukla teatrı festivallarında da iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 286
avatar

Oxşar yazılar