Azərbaycanlı rəssam Monika Belluççiyə onun portretini hədiyyə edəcək
27 mart 2016 17:23 (UTC +04:00)

Azərbaycanlı rəssam Monika Belluççiyə onun portretini hədiyyə edəcək

Aprelin 28-dən mayın 1-dək Monte-Karloda "Art Monaco" müasir incəsənət sərgisi keçiriləcək. Beynəlxalq sərgidə Azərbaycanın əməkdar rəssamı, UNESCO Rəssamlar İttifaqının üzvü Sakit Məmmədovun da əsərləri sərgilənəcək.

 

Lent.az buro247.az-a istinadən xəbər verir ki, "Art Monaco" müasir incəsənət sərgisində hər il peşəkar və gənc rəssamlar, mesenatlar, nüfuzlu qalereyaların sahibləri, eləcə də kolleksionerlər iştirak edirlər. Bu il sərgiyə qonaq qismində qatılacaq tanınmış rəssam Sakit Məmmədov burada məşhur italiyalı aktrisa Monika Belluççinin portretini təqdim edəcək. Bu barədə məlumatı əməkdar artist, aktyor Bəhram Bağırzadə Facebook sosial şəbəkəsindəki hesabında paylaşıb. O qeyd edib ki, rəsm əsəri sərginin sonuncu günü aktrisaya hədiyyə olunacaq.

 

 

Qeyd edək ki, Sakit Məmmədovun əsərləri bir çox dünya liderlərinin, ictimai, mədəniyyət və incəsənət xadimlərinin şəxsi kolleksiyalarında, Azərbaycan muzeylərində, Vatikan muzeyində və "Opera" qalereyasında (Sinqapur) saxlanılır. Rəssam Poma Papası II İohann Pavelin, Monika Beluççinin və başqalarının portretlərinin müəllifidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530
avatar

Oxşar yazılar