Azərbaycanlı aktyorlar Kamran Ağabalayev və Könül Nağıyeva növbəti dəfə Türkiyə istehsalı olan filmdə rol alıblar.
Lent.az -ın məlumatına görə, ssenari müəllifi və rejissoru Korhan Uğur olan macəra dolu komediya toydan gəlini bəylə birgə qaçıran Əhmədin komik hekayəsi haqqındadır. Ekran əsərində Emir Benderlioğlu, Ceren Benderlioğlu, Erol Aksoy, Yüksel Ünal, Aydan Burhan, Barış Kıralioğlu, Levent Ülgen, Mete Horozoğlu, Kamran Ağabalayev, Könül Nağıyeva rol alıb. Kamran Ağabalayev Kamuran obrazını, Könül Nağıyeva isə Gönül obrazını canlandırıb. Qeyd edək ki , bu azərbaycanlı aktyorların Korhan Uğurla ilk iş birliyi deyil. Ötən il lentə alınan “Tərkedilmiş” dram filmində Kamran Ağabalayev və Könül Nağıyeva baş rolları ifa ediblər.
Filmin qala gecəsi 15 apreldə İstanbulda gerçəkləşəcək. Azərbaycanda isə təqdimat may ayının əvvəlinə planlaşdırılır.