Bir müddət öncə xəstəxanaya yerləşdirilən Musiqili Teatrın aktrisası Gülnar Salmanova səhhətindən danışıb. O, Lent.az-a bildirib ki, hazırda səhhəti qənaətbəxşdir: “Hazırda evdəyəm. Özümü yaxşı hiss edirəm. Müalicələrimi davam etdirirəm. İnşallah, yaxşı olaram”.
Onu da əlavə edək ki, aktrisa bir müddət öncə Lent.az-a açıqlamasında bu sözləri deyib: “Mən illərdir bu sənətdəyəm. Ancaq mənə qarşı olan münasibət, qayğı məni qane etmir. Səhhətimdəki problemlərə görə sənətdən uzaq düşmüşəm”.
Qeyd edək ki, 2001-ci ildə əməkdar artist fəxri adına layiq görülən aktrisa "Beşmanatlıq gəlin" də Naznaz, "Özümüz bilərik" də Ceyran, "Subaylarınızdan görəsiniz" də Çiçək, "Hicran"da Çarleston, "Bankir ədaxlı" da Maral, "Məhəbbət oyunu" da Ceyran, "Aldın payını, çağır dayını" tamaşasında at Balaxanım və başqa obrazları ilə tanınıb. Aktrisa ümumilikdə 178 tamaşada rol alıb.