Astara rayon uşaq musiqi məktəbində görkəmli müğənni, Azərbaycanın xalq artisti Şövkət Ələkbərovanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
APA-nın Cənub bürosunun məlumatına görə, məktəbin müəllimi Gülzar Feyziyeva mərhum sənətkarın şərəfli ömür yolundan və bənzərsiz yaradıcılıq fəaliyyəti barədə məruzə ilə çıxış edib. Tədbirdə səslənən digər çıxışlarda da Şövkət Ələkbərovanın Azərbaycanın musiqi mədəniyyətinin əvəzedilməz nümunəsi və qadın ifaçılıq sənətinin banilərindən biri olduğu dönə-dönə vurğulanıb.
Sonda məktəbin şagirdlərinin ifasında Ş.Ələkbərovanın repertuarından mahnılar ifa olunub.