Aktyor Yalçın Səlimova qaraciyər köçürüldü
09 iyul 2019 22:21 (UTC +04:00)

Aktyor Yalçın Səlimova qaraciyər köçürüldü

 

Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov Mərkəzi Gömrük Hospitalında əməliyyat olunub.

APA-nın məlumatına görə, aktyor uzun müddət səhhətində yaranmış problemlərlə əlaqədar əziyyət çəkib. Bir müddət öncə Y.Səlimovun qaraciyərində ciddi pozuntular aşkarlanıb və o, təcili surətdə xəstəxanaya aparılıb.

Aktyorun müraciətindən dərhal sonra əməliyyat və müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Qaraciyər serrozu diaqnozu ilə hospitala yerləşdirilən aktyora qaraciyər köçürülüb. Yaxınlarının verdiyi məlumata görə, Yalçın Səlimov 8 saat davam edən əməliyyatdan sonra ayılıb və özünü qənaətbəxş hiss edir. O bu işdə ona yardımçı olmuş hər bir şəxsə təşəkkürünü bildirib.

Qeyd edək ki, Yalçın Səlimov 1973-cü ildə anadan olub, 1996-cı ildən Sumqayıt teatrının aktyorudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1224
avatar

Oxşar yazılar