Akademik Milli Dram Teatrı yeni veb-saytının təqdimatı keçirilib
18 dekabr 2012 03:53 (UTC +04:00)

Akademik Milli Dram Teatrı yeni veb-saytının təqdimatı keçirilib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni veb-saytı – azdrama.az istifadəçilərə təqdim olunub.

APA-nın məlumatına görə, teatrın saytı 2007-ci ilin iyun ayından etibarən fəaliyyət göstərirdi. Amma onun dizaynı və məzmunu qənaətbəxş  səviyyədə olmadığından yeni veb-saytın yaradılması zərurəti yaranıb. Yeni sayt həm dizaynı, həm keyfiyyəti, həm də yerləşdirilən materialların həcmi və operativliyi baxımından əvvəlkindən köklü surətdə fərqlənəcək. Yeni təqdimatda, yeni dizaynda istifadəçilərin ixtiyarına verilən veb-sayt saytın strukturu, məzmunu, və keyfiyyəti prinsipial şəkildə dəyişdirilib. Saytda Akademik Milli Dram Teatrının yaranma və inkişaf tarixi, inzibati və yaradıcı kollektivi, cari repertuarı haqqında geniş informasiya yerləşdirilib. Saytda həmçinin video və foto albom, kollektivin iştirak etdiyi festivallar və qastrol səfərləri haqqında ətraflı məlumatlar da yerləşdirilib.

Təqdimatda teatrın direktoru İsrafil İsrafilov və truppa müdiri Elnur Məmmədov çıxış edib. Saytın müxtəlif bölmələri qonaqlara təqdim olunub, müxtəlif təkliflər səslənib. Teatrın direktoru İsrafil İsrafilov vurğulayıb ki, teatrın saytı daim yenilənəcək, təkmilləşdiriləcək və meydana çıxan problemlər aradan qaldırılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1112

Oxşar yazılar

Kefinizi açacaq 5  məzəli film   -  VİDEO

Kefinizi açacaq 5 məzəli film - VİDEO

17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

17 iyul 2025 , 16:25
Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51