Xalq artisti, Dövlət Musiqili Teatrının aktrisası Afaq Bəşirqızı əməliyyat olunub. Xalq artistinin bacısı İlhamə Səfərovanın APA-ya verdiyi məlumata görə, xalq artisti martın 5-də Respublika Diaqnostika Mərkəzində onurğa sütunundan əməliyyat olunub: "Əməliyyat uğurla başa çatdı, hər şey qaydasındadır. İndi vəziyyəti yaxşıdır, danışır, reaksiya verir. Xəstəxanadan nə vaxt çıxacağını hələlik bilmirik".