Azərbaycan Dillər Universitetində (ADU) xalq şairi Nigar Rəfibəylinin 100 illiyi münasibətilə tədbir keçirilib. Bu barədə Lent.az-a ali məktəbdən məlumat verilib. Tədbirdə ADU-nun prorektoru Ələddin Əliyev, professor Sevda Vahabova, dosent Fəridə Səfiyeva, Nigar Rəfibəylinin nəvəsi Günel Anarqızı iştirak ediblər.
Qeyd olunub ki, N. Rəfibəylinin yaradıcılığında təbiət mənzərələri, mənəvi zənginlik, vətənpərvərlik, sülh, demokratiya, azadlıq ideyaları, müharibə əleyhinə mövzulara toxunulub.
Xatırladaq ki, prezident İlham Əliyev 04 mart 2013-cü il tarixində Nigar Rəfibəylinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.