Fevralın 7-i saat 18:00-da Azərbaycan Dövlət YUĞ Teatrında "Kitabi- Dədə Qorqud" dastanının motivləri əsasında hazırlanmış "Boy" tamaşasının premyerası keçiriləcək. Teatrdan Lent.az-a verilən məlumata görə, janrı - bir hissəli mifoloji səyahət kimi təyin olunmuş tamaşanın quruluşçu rejissoru Tərlan Əngin, quruluşçu rəssamı əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva, rejissoru ƏR-Toğrul, musiqi tərtibatçısı Mələk Vəlizadədir.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanmış tamaşada YUĞ Dövlət Teatrının sənətçiləri əməkdar artistlər Məmməd Səfa, Yaqut Paşazadə, aktyorlar Təranə Atacan, Könül Cəfərzadə, Amid Qasım, Vüqar Hacı və Elgün Həmid çıxış edirlər.
Tamaşanın xronometrajı 75 dəqiqədir.