Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) yeni “Azərbaycanın səsi” jurnalının nəşrinə başlayıb. Lent.az-ın məlumatına görə, TADEF sədri, Azərbaycan Heydər Əliyev Kültür Evinin rəhbəri Bilal Dündarın redaktorluğu ilə işıq üzü görən dərginin məqsədi Azərbaycan həqiqətlərini Türkiyə ictimaiyyətinə çatdırmaq, milli mədəniyyətimizi, tariximizi qardaş ölkədə tanıtmaq, eləcə də Türkiyədə yaşayan soydaşlarımız arasında milli birlik və həmrəyliyin möhkəmləndirilməsinə, həmçinin, iki qardaş xalq arasında iqtisadi, mədəni, sosial əlaqələrin daha da inkişafına nail olmaqdır.
Xatırladaq ki, “Azərbaycanın səsi” jurnalı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ayda bir dəfə işıq üzü görəcək.