
"Jara" festivalında iştirak edəcək musiqiçilərin sayı açıqlandı
Bu gün Bakıda, Xəzər dənizinin sahilindəki “Sea Breeze” istirahət mərkəzində "Jara" Beynəlxalq Musiqi Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib.
APA-nın məlumatına görə mətbuat konfransında festivalın təşkilatçısı, müğənni, Azərbaycanın xalq artisti Emin Ağalarov, Rusiya şou-biznes nümayəndələri Filip Kirkorov, Ani Lorak, Qriqoriy Leps, Lolita, Yana Çurikova və digərləri iştirak ediblər.
E. Ağalarov bildirib ki, "Jara" Beynəlxalq Musiqi Festivalı ildən-ilə daha geniş şəkildə keçirilir: "Festival dörd gün davam edəcək. Bu dəfə 70-dən çox müğənninin iştirakı nəzərdə tutulub. Mən hər il bizim ölkəyə təşrif buyuran müğənnilərə təşəkkürümü bildirirəm. İnanıram ki, dörd gün ərzində olduqca maraqlı festival olacaq”.
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06