«Türkcə daş kitabların siyahısı» işıq üzü görüb
17 noyabr 2013 03:14 (UTC +04:00)

«Türkcə daş kitabların siyahısı» işıq üzü görüb

İranda türk dilində daş kitabələrin siyahısı məlumat-kitabçası nəşr olunub.

 

Lent.az-ın «GünAzTV»-yə istinadən məlumatına görə, orada türk dilinin osmanlı, Azərbaycan və çığatay ləhcələrində yazılmış təqribən 500 kitab haqqında informasiya verilib.

«Ətf» nəşriyyatı tərəfindən yenicə nəşr edilmiş 244 səhifəlik “Türkcə daş çapı kitablar siyahısı” kitabında əksəriyyəti İran kitabxanalarındakı kitablardan söz açılır.

Araşdırmaçı Məcid Qulami Cəlisə tərəfindən çapa hazırlanmış kitabın giriş bölümündə yazılıb: «İranda çap sənayesi ilk dəfə Təbrizə gətirilib, ancaq buna baxmayaraq 200 il keçdikdən sonra İranda türk dilində çap edilmiş kitablarla bağlı dəqiq statistik məlumat yoxdur».

Araşdırmaçılar İranda çap edilmiş ilk modern dərslik kitabının da türk dilində olduğunu irəli sürürlər. Məktəb uşaqları üçün yazılmış “Vətən Dili” kitabını İran və Güney Azərbaycanda ilk müasir təlim-təhsil üsullarını tətbiq edən Mirzə Həsən Rüşdiyyə hazırlamışdı.

Qeyd edək ki, kitabda minlərlə türkcə kitabın İranda yandırılması ilə bağlı iddialar da var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 963
avatar

Oxşar yazılar