Prezident İlham Əliyev Nikita Sergeyeviç Mixalkovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncama imzalayıb.
Lent.az-ın president.az-a istinadən məlumatına görə, sərəncama əsasən, Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə N.S.Mixalkov “Dostluq” ordeni ilə təltif edilib.