“Təbriz folklor örnəkləri” işıq üzü görüb
03 aprel 2014 10:38 (UTC +04:00)

“Təbriz folklor örnəkləri” işıq üzü görüb

AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə çap olunan “Təbriz folklor örnəkləri” (I kitab) toplusunda Təbriz bölgəsinin zəngin şifahi xalq yaradıcılığı örnəkləri toplanıb. Lent.az-ın məlumatına görə, layihənin rəhbəri AMEA Folklor İnstitutunun direktoru, fil.ü.e.d. Muxtar Kazımoğlu (İmanov), toplayıcıları Kazım Abbasi (“El bilimi” dərnəyinin üzvü), Əhəd Fərəhməndi, Əli Bərazəndə, Məhəməd Əlipur Muqəddəm, redaktoru fil.ü.f.d. Səkinə Qaybalıyevadır.

 

Kitabın girişində “İnstitutdan” başlığı altında təqdim olunan yazıda bildirilir ki, bu gün dünyada ümumi sayı 50 milyonu ötmüş Azərbaycan türklərinin etnik təfəkkürünü canlandıran, dilini, tarixini, mənəvi aləmini qoruyub saxlayan zəngin şifahi söz sənətinin - folklor irsinin toplanması, sistemləşdirilməsi və nəşri ilk növbədə həlli vacib məsələlərdəndir.

 

444 səhifəlik kitabda o da vurğulanır ki, Arazın o tayında yaşayan Azərbaycan türklərindən toplanmış folklor örnəklərinin yer aldığı topluların məhz bölgələr üzrə adlandırılması nəşr olunacaq növbəti cildlərdə regional xüsusiyyətlərin qorunub saxlanılması, bölgələrin daha geniş miqyasda əhatə olunması məqsədi daşıyır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 363
avatar

Oxşar yazılar