“Oda" teatrının fəaliyyət göstərdiyi məkan bağlanıb
23 noyabr 2013 15:38 (UTC +04:00)

“Oda" teatrının fəaliyyət göstərdiyi məkan bağlanıb

"Oda" teatrının fəaliyyət göstərdiyi "Zirzəmi" məkanını bu gün polislər bağlayıb.

 

Hadisə yerində olan şahidlərin Qaynar.info-ya verdiyi məlumata görə, polislər ətrafda yaşayan insanların şikayəti əsasında məkanı bağladıqlarını bildiriblər.

 

Hadisə zaman polislərlə teatrın aktyorları arasında mühabisə yaranıb. Nəticədə "Oda" tetarının rəhbəri, əməkdar artist İlqar Cahangir, teatrın gənc aktyorları Elmin Bədəlov,  Nihat Qulamzadə həbs edilərək polis bölməsinə aparılıblar.

 

Nəsimi Rayon Polis İdarəsinin növbətçisi isə bu barədə onlarda heç bir məlumatın olmadığını bildirib.

 

Aktyor Elmin Bədəlov isə qaynar.info-ya bildirib ki, polislər onları Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsinin 14-cü məntəqəsinə aparıblar.

 

Orada polis onlara ətrafda yaşayan sakinlərin səs-küydən şikayət etdiklərini bildirib.

 

İzahat alındıqdan sonra aktyorlar səsrbəst buraxılsa da, məkanın açarları geri qaytarılmayıb. Məkanın qeyri-müəyyən müddətə qədər bağlı qalacağı bildirilib.

 

Teatrın bu günə planlaşdırılan "İtən vaxt" tamaşası da təxirə salınıb.

 

Qeyd edək ki, "Oda" teatrı bir müddət əvvəl yaranıb və "Səncə döyəcəklər?" (Matey Vişnyek) adlı ilk tamaşaları qısa müddətdə 15 dəfə nümayiş olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1084
avatar

Oxşar yazılar