İyulun 25 və 26-da saat 19:00-da “Oda” Teatrında “MimOda 18+” tamaşasının premyerası olacaq. Teatrdan Lent.az-a verilən məlumata görə, pantomim janrında olan tamaşada fransız aktrisa Elza Furtado iştirak edəcək. Tamaşanın rejissoru isə İmam Həsənovdur.
Teatrdan o da bildirilib ki, yerlər məhdud olduğundan premyera üçün ümumilikdə 80 bilet satışa çıxarılıb. Biletlərin qiyməti 10 AZN-dir.
Tamaşadakı digər rolu fransız aktrisadan başqa azərbaycanlı aktyor Elmin Bədəlov canlandıracaq.