“Azərbaycan kinosunda vergi ləğv olunmalıdır”
01 iyul 2013 13:01 (UTC +04:00)

“Azərbaycan kinosunda vergi ləğv olunmalıdır”

“Əsas təklifimiz ondan ibarətdir ki, Azərbaycan kinosunda vergi ləğv olunmalıdır”. Lent.az-ın məlumatına görə, bunu APA-ya müsahibəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov bildirib.

 

M. Hətəmov bildirib ki, kino haqqında qanun dar çərçivədə olan qanun deyil, sadəcə, ona müəyyən əlavələr etmək lazımdır: “Bu qanun 1998-ci ildə qəbul olunub və o dövr üçün ideal sayıla bilər. Serbiya, Bolqarıstan kimi ölkələr artıq kino vergisini ləğv edib. Bu, o qədər də böyük məbləğ deyil. Yaxud normativ sənədlərin hazırlanması məsələsi böyük bir prosesdir. Məsələn, qonorarın verilməsi. Ortadan bürokratik sistem götürülməlidir. Böyük bir təbəqə film istəyir, qırx ildir çəkilir, orada bir nəticə yoxdur. Mexanizm elə qurulmalıdır ki, işlək olsun, kadr çatışmazlığı problemini həll etsin. Səmimi deyirəm, bizim gözəl aktyorlarımız var, amma heç kim tanımır. Biz özümüzə qapanmışıq. Hamımız yaxamızı bir kənara çəkib deyirik ki, niyə bu məsələ belədir? Məncə, belə suallar vermək yerinə, ciddi addımlar atmaq lazımdır”.

 

Direktorun sözlərinə görə, yaradıcı heyətə qonorarın verilməsi məsələsi var ki, bu da müəyyən normativ sənədlər əsasında həyata keçirilir. “Məsələn, rejissor üçün 5000 manat pul ayrılıb, hər iki rejissora eyni məbləğdə verilir. Bu düzgün deyil. Ola bilər, bir rejissorun çəkdiyi film dünya prokatına gedəcək, digərininki rəflərdə qalacaq. Ona görə də bürokratik sistem aradan götürülməlidir”-deyə, M. Hətəmov əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 567
avatar

Oxşar yazılar