“Sarılar - Qarabağ atının izi ilə” filminin təqdimatı oldu
15 aprel 2016 21:42 (UTC +04:00)

“Sarılar - Qarabağ atının izi ilə” filminin təqdimatı oldu

Nizami Kino Mərkəzində “Sarılar - Qarabağ atının izi ilə” sənədli filminin təqdimatı olub.

 

APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, SOCAR prezidenti  Rövnəq Abdullayev, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

 

Film Mədəniyyət və Turizm Nazirliyi, BP Azərbaycan, “Azərbaycanfilm” kinostudiyası və "STUDIO TOR 1" Filmproduktion (Berlin, Almaniya) studiyasının birgə layihəsidir.  Təqdimat mərasimindən əvvəl filmin rejissoru Villi Neumannın iştirakı ilə mətbuat konfransı keçirilib. “BP Azerbaijan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı təmsil etdiyi şirkətin ölkəmizdə reallaşdırdığı layihələrdən və bu istiqamətdə yaxın gələcəkdə də görüləcək işlərdən söz açıb.

 

Filmin əsas süjet xəttini 1956-cı ildə Böyük Britaniya Kraliçası II Yelizavetaya hədiyyə edilən Qarabağ atının “qohumları”nın axtarışı təşkil edir. Filmin təqdimatından əvvəl çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəhbərlik etdiyi nazirlik və BP Azərbaycan şirkətinin müxtəlif sahələrdə mövcud olan əlaqələrindən danışıb. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell mədəniyyət sahəsində layihələrin gələcəkdə də davam edəcəyini diqqətə çatdırıb.

 

Qeyd edək ki, ekran əsərinin çəkilişləri İngiltərə, Almaniya, İsveçrə və Azərbaycanda aparılıb.  “Sarılar – Qarabağ atının izi ilə” sənədli filminin ssenari müəllifi Martin Vagner, rejissoru Villi Neumann, operatorları Andre Böhm, Birgit Handke, Bəhruz Əliyev, icraçı prodüseri Nadir Əliyevdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 315
avatar

Oxşar yazılar