Bakı Uşaq Teatrı “Günahsiz günahkarlar” adlı yeni səhnə əsərini tamaşaçılarının ixtiyarına verib. Tamaşa Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə sağlam həyat tərzinin təbliği layihəsi çərçivəsində hazırlanıb. “Günahsizgünahkarlar” müasir dövrün qlobal problemlərindən olan insan alverinə qarşı mübarizə məqsədi ilə səhnələşdirilib. Layihə çərçivəsində tamaşa 7 universitetdə nümayiş etdiriləcək. İlk olaraq aprelin 2-də saat 12:00-da Bakı Dövlət Universitetinin tələbələri tamaşaya baxa biləcəklər.
Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssam Sevda Məmmədova, bəstəkar Mahir İbrahim, rәqslәrin quruluşçusu Könül Şahbazovadır.
Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub.