6 yaşlı azərbaycanlı qız gözəllik yarışmasında ikinci yeri tutdu
08 aprel 2016 00:17 (UTC +04:00)

6 yaşlı azərbaycanlı qız gözəllik yarışmasında ikinci yeri tutdu

Əslən Azərbaycandan olan və hazırda Tiflisdə yaşayan 6 yaşlı Ziyafət Anar qızı Yusublu aprelin 6-da Kutaisi şəhərində keçirilən gözəllik yarışmasında ikinci yerə layiq görülüb. Lent.az-ın Gürcüstan bürosunun məlumatına görə, tədbir Katrini Moda Agentliyinin ("Katrini Moda Agency") təşkilatçılığı ilə keçirilib. Yarışmaya 7 ölkədən 19 iştirakçı qatılıb. Məlumata görə, 6 yaşlı Ziyafət Yusublu ikinci yerə çıxdıqdan sonra səhnədə Azərbaycan bayrağını dalğalandırıb və tədbirin təşkilatçısı Katrini Moda Agentliyinin  prezidenti İrina Papazova (Bolqarıstan) və direktor Ekatrina Mqalobaşvili (Gürcüstan) Ziyafət Yusublu haqqında ürək sözlərini bildiriblər.

 

Qeyd edək ki, 2010-cu ilin yanvar ayının 13-də Bakı şəhərində anadan olan Ziyafət Yusublunun Gürcüstanda uğurları çox olub. O, istedadlı uşaq kimi 3 yaşından Bakıda tanınmağa başlayıb və tez-tez kiçik tamaşalarda və poeziya tədbirlərində çıxışlar edib və həm bağça uşaqlarının, həm də valideynlərin, həmçinin tədbirdə iştirak edən iştirakçıların sevimlisinə çevrilib.

 

2015-ci ildə Z. Yusublunun valideynləri Tiflisə köçüblər. İndi Z. Yusublu Tiflisdəki Nikoloz Sereteli adına Çağlar beynəlxalq məktəbində oxuyur.  O, fəal şagird kimi artıq ingilis, türk və gürcü dillərində danışır. Balaca Ziyafət 2016-cı ilin yanvar ayının 10-da Gürcüstanın ən məşhur moda agentliyi olan "Katrini Moda Agency"-dən xüsusi dəvət aldıqdan sonra öz üzərində ciddi çalışıb və agentliyin direktoru Yekaterina Mqalobaşvilinin diqqəti sayəsində gözəllik məşqlərinə davam etdikdən sonra 2016-cı ilin mart ayında Tiflisdə keçirilən moda yarışında  "Miss Galaxy Azerbaijan 2016" tutuluna sahib olub. Elə həmin gündən Z. Yusublu Azərbaycanı yarışlarda təmsil etməyə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 401
avatar

Oxşar yazılar