Xalq artistinin  halı pisləşdi,   xəstəxanadadır
19 iyul 2023 16:55 (UTC +04:00)

Xalq artistinin halı pisləşdi, xəstəxanadadır

Xalq artisti Şahnaz Haşımovanın halı pisləşdiyinə görə, xəstəxanaya yerləşdirilib.

Lent.az-ın məlumatına görə, müğənni bir gün öncə Gəncədə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. O, şəkər xəstəliyindən  və qan təzyiqinin yüksəlməsindən  əziyyət çəkir.

Şahnaz Haşımovanın nəvəsi Lent.az-a açıqlamasında nənəsinə yüksək səviyyədə diqqət göstərildiyini bildirib.

O qeyd edib ki, xalq artistinin vəziyyəti hazırda yaxşıdır. Bu gün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ona baş çəkib. Şahnaz xanım tezliklə evə buraxılacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3447
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar