Xalq artisti Fikrət Verdiyev dəfn olunub.
Lent.az APA-ya istinadən xəbər verir ki, onunla Təzə Pir məscidində vida mərasimi keçirildikdən sonra "Qurd qapısı" qəbiristanlığına aparılıb və ailə məzarlığında dəfn olunub.
Dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak edib.
Qeyd edək ki, 75 yaşlı sənətkar dünən Gəncə şəhərində vəfat edib.
O, "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı olub.