Xalq artisti, aktyor Yasin Qarayev əməliyyat olunub.
Lent.az-ın məlumatına görə, aktyor bir müddət öncə xərçəng xəstəliyi risqinə görə analizlər veribmiş.
Aktyorun yaxınlarının Lent.az-a verdiyi məlumata görə, analizlərin nəticəsi yaxşı çıxıb və ailənin həyəcanına son qoyulub.
“Yasin Qarayev cərrahi əməliyyat olunub. Hansı əməliyyatdan keçməsi barədə məlumat verilməsini istəmir. Özünü yaxşı hiss edir. Əsas odur ki, analizlərin nəticəsi xoşxassəli olub. Hazırda xəstəxanada, həkim nəzarəti altındadır. Tezliklə yenidən işinin başına qayıdacaq”, - deyə yaxınları bildirib.