Bu günlərdə Azərbaycanda ən çox izlənilən filmlərdən biri “Viktoriya”nın ssenarisinin plagiat olması barədə iddialar gəzir.
Filmin ssenari müəllifi Azər Aydəmir Lent.az-a verdiyi müsahibəsində bu iddiaları cavab verib:
“Onu 12 il əvvəl yazmışdım, orijinal ssenaridir. Deyilənlər tamamilə cəfəngiyatdır. Kimsə ərinmədən götürüb hansısa filmdən qumar masasını çəkib, onun üzərinə başqa bir filmin səsini yazıb. Əminliklə deyirəm, ideya da, süjet xətti də mənimdir. Birincisi, ideya oğurluğu mənə yaraşmaz, ikincisi internet dövrüdür, kim nəyi istəsə, dərhal öyrənib tapa bilər. Gedib baxsınlar, ədəbiyyatı ələk-vələk eləsinlər”.