Vətən müharibəsindən serial çəkən Türkiyə şirkətinin pulu ödənilib? – RƏSMİ CAVAB
23 noyabr 2022 13:14 (UTC +04:00)

Vətən müharibəsindən serial çəkən Türkiyə şirkətinin pulu ödənilib? – RƏSMİ CAVAB

Müəyyən edilən maliyyə ödənişi yerinə yetirilmədiyindən “Bozdağ” film şirkətinin Vətən müharibəsi ilə bağlı serialın çəkilişlərini dayandırması barədən yayılan söhbətlər əsassızdır.

Lent.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

O bildirib ki, “Bozdağ” film şirkətinə maliyyə vəsaitinin ödənilməməsi ilə bağlı fikirlər yanlışdır: “Maliyyə prosedurları icra olunub. Hazırda “Bozdağ” film şirkəti ilə əməkdaşlığımız davam edir və Vətən Müharibəsini özündə əks etdirən 8 seriyalı filmin çəkilişləri ilə bağlı ssenarinin yazılması, hazırlıq dövrü, məkanların axtarışı, aktyorlarla iş kimi proseslərin bəziləri bitib, bəziləri isə davam edir. Çəkilişlərə isə gələn il mart ayında başlanılacaq. Bu barədə bir neçə gün öncə şirkətin rəhbəri Mehmet Bozdağ da Azərbaycan mediasına açıqlamasında bildirib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1818
avatar

Oxşar yazılar