Vaxtanq Kikabidze dəfn olundu - VİDEO
19 yanvar 2023 15:59 (UTC +04:00)

Vaxtanq Kikabidze dəfn olundu - VİDEO

Sovet və Gürcüstan incəsənətinin görkəmli nümayəndəsi, əfsanəvi müğənni və aktyor Vaxtanq (Buba) Kikabidze dəfn edilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Tbilisidəki Böyük Konsert Zalında keçirilən vida mərasimindən sonra onun Gürcüstan və Ukrayna bayrağına bürünmüş tabutu son mənzilə yola salınıb.

Vida mərasimində minlərlə şəhər sakini, Gürcüstanın ictimai-siyasi xadimləri, aktyorun sənət yoldaşları, xarici ölkələrin diplomatları iştirak ediblər. Vaxtanq Kikabidze Tbilisinin Vera məzarlığında dəfn edilib.

# 1905
avatar

Oxşar yazılar