Rusiyanın “Qazeta.ru” portalı izləyicilər arasında sorğu keçirərək, ən çox sevilən köhnə multfilmlərin siyahısını tərtib edib.
Lent.az sözügedən portala istinadən xəbər verir ki, sorğuda balacalarla yanaşı, böyüklər də iştirak ediblər.
Siyahıda ilk sırada məhur “Nu poqodi” (“Bir dayan”) multfilmi yer alıb. “Çeburakşa və timsah Gena”, “Bremen musiqiçiləri”, “Soyuq ürək”, “ Hav adlı pişik”, “Karlson”, “Kirpi dumanda”, “Xəzinələr adası”, Puşkinin nağılları əsasında çəkilmiş multfilmlər “Balıqçı və qızıl balıq”, “ Al çiçək”, “Çip və Deyl”, “Vinni Pux”, cizgi filmləri yer alıb.
İzləyicilər bildiriblər ki, bu multfilmləri həm tərbiyəvi xarakter daşıması, həm də musiqi tərtibatı yaddaqalan edib.