“Ulduz müharibələri” başlayacaq – “Mandalorslu”  nə vəd edir ?
10 mart 2023 09:40 (UTC +04:00)

“Ulduz müharibələri” başlayacaq – “Mandalorslu” nə vəd edir ?

Rejissor Con Favro pandemiyadan  öncə başlatdığı “Ulduz müharibələri”ni yeni mövsümdə “Mandalorslu” adlı seriya ilə davam etdirəcək. 

Lent.az-ın xəbərinə görə, fantastik janrda çəkilən silsilə filmlər kainatdakı şüurlu varlıqların qalaktikalararası mühariəsindən bəhs edir. Mandalors adlı planetin sakini Cin Carin öz planetindən qovulub, lakin o sadiq döyüşçü olaraq planetinin kralicası Bo Katanın əmrlərinə müntəzirdir, onu qorumaq naminə hər fədakarlığa və canından keçməyə hazırdır.

“Ulduz müharibələri” növbəti mövsümdə tamaşaçıları ekran qarşısına kilidləyə biləcəkmi? Bu sualın cavabını filmi Disney+ platformasında izləyərək tapa bilərsiniz.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1413
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar