Türklər çingənə deyir, biz niyə qaraçı deyirik? –  Belə yaranıb
03 noyabr 2023 16:21 (UTC +04:00)

Türklər çingənə deyir, biz niyə qaraçı deyirik? – Belə yaranıb

Qaraçılar demək olar ki bütün dünya ölkələrində yaşayan köçəri xalqdır. Yeganə xalqdır ki, heç bir zaman heç bir dövlətdən torpaq iddiasında olmayıblar, yaşadıqları ölkənin qayda-qanunlarına tabe olmasalar da, asi də çıxmayıblar. Harmoniya təşkil etməklə, öz ənənələrini qoruyaraq yanaşı mədəni müxtəlifliyə xüsusi rəng də qatıblar.

Onları qardaş Türkiyədə çingənə, Avropada  romanlar adlandırırlar, Rusiyada siqanlar adlandırırlar. Bəs niyə bizdə onlara qaraçı deyilir?

Lent.az “Belə yaranıb” rubrikasında bu sözün yaranma tarixçəsi barədə məlumatı təqdim edir.

Azərbaycanda belə inam var idi ki, qaraçılar bütün dünyaya Hindistandan yayılıblar. Ölkəmizə gələn qaraçılar bir zamanlar Hindistan ərazisi olmuş, indi Pakistana məxsus Karaçi vilayətindən köç etmişdilər. Oların ölkəmizə ilk qədəm basması I Şah Abbasın dövrünə təsadüf edir.

Bir ehtimala görə, onların qaraçı adlanmasının səbəbi bu etnik qrupun karaçililər adlandırılmasından yaranmışdı. Zaman içində Karaçi dəyişərək dilimizə qaraçı kimi assimilyasiya olunub

Başqa bir ehtimala görə, qara işlərlə məşğul olduqlarına və rənglərinin də daha tünd,, qarayanız olması səbəbi ilə onlara qaraçı deyilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5337
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar