Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra bütün telekanallarda əyləncəli proqramların və serialların yayımı dayandırılıb.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, izləyicilərin maraqla izlədiyi serialların bu həftə də yeni bölümləri nümayiş etdirilməyəcək.
Xəbərdə bildirilib ki, serialların yeni bölümü ən tez mart ayında ekranlara çıxacaq.
“Televiziyaların normal proqram axını ən tez mart ayında bərpa olunacaq” deyə məlumatda əlavə olunur.